Paşinyan: "Ermənistanın Antalyadakı Diplomatik Forumda iştirak etmək ehtimalı yüksəkdir"

Paşinyan Türkiyə ilə də münasibətləri normallaşdırmaq istədiklərini vurğulayıb.

1767610
Paşinyan: "Ermənistanın Antalyadakı Diplomatik Forumda iştirak etmək ehtimalı yüksəkdir"

“Ermənistanın Antalyada keçiriləcək Diplomatiya Forumunda iştirak etmək ehtimalı yüksəkdir”. 

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan feysbukdakı səhifəsində onlayn keçirilən mətbuat konfransında bildirib.

Azərbaycanla sülh sazişinin imzalanması məsələsinin gündəmdə olduğuna diqqət çəkən Paşinyan "Belə bir saziş imzalanmalıdır, lakin ilk növbədə danışıqlar nəticəsində bu sənədin yaradılması lazımdır. Ermənistan bu danışıqlara hazırdır" ifadəsini işlədib.

Paşinyan Türkiyə ilə də münasibətləri normallaşdırmaq istədiklərini vurğulayıb.

"Türkiyə ilə ilkin şərt olmadan diplomatik əlaqələr qurmaq və sərhədləri açmaq istəyirik. Keçmişdə uğur qazana bilmədik və bu təcrübədən istifadə etməliyik" deyə Paşinyan qeyd edib. 

Türkiyə ilə Ermənistan arasındakı danışıqların xüsusi nümayəndələr səviyyəsində başladığını xatırladan Paşinyan
"Xüsusi nümayəndələrimiz görüşdü. Bu proses belə davam edərsə, Ermənistanın Antalyadakı Diplomatik Forumda iştirak etmək ehtimalı yüksəkdir. Danışıqları davam etdirmək fürsətini əldən vermək ağılsızlıq olardı" deyib.

Qeyd edək ki, xarici işlər naziri Mövlud Çavuşoğlu yanvarın 19-da verdiyi açıqlamada martın 11-13-də keçiriləcək ikinci Antalya Diplomatiya Forumuna (ADF) Ermənistandan da rəsmilərin dəvət edildiyini bildirib.



Әlaqәli Xәbәrlәr