NATO Aralıq dənizində təlim keçirir

NATO-nun Dəniz Hücum və Dəstək Qüvvələri Komandanlığına və ABŞ-ın 6-cı Donanmasına bağlı müttəfiq ölkələrin döyüş gəmiləri Aralıq dənizində patrul xidməti həyata keçirir.

1767615
NATO Aralıq dənizində təlim keçirir

NATO-nun verdiyi açıqlamaya görə, NATO-nun Dəniz Hücum və Dəstək Qüvvələri Komandanlığına və ABŞ-ın 6-cı Donanmasına bağlı müttəfiq ölkələrin döyüş gəmiləri Aralıq dənizində patrul xidməti həyata keçirir.

NATO "Neptun Strike 2022" təliminin uzun müddət əvvəl planlaşdırıldığını və fevralın 4-dək davam edəcəyini bildirib.

Təlim çərçivəsində USS Harry S. Truman təyyarədaşıyan gəmisi və onu müşayiət edən gəmi və döyüş təyyarələrindən ibarət tapşırıq qrupu fəaliyyət göstərir.

NATO-nun açıqlamasında “Soyuq Müharibədən sonra ilk dəfədir ki, ABŞ-ın bir təyyarədaşıyan gəmisi tapşırıq qrupu NATO-nun komandanlığına keçdi” deyilib.



Әlaqәli Xәbәrlәr