Terror tәşkilatı YPG/PKK Afrin qәsәbәsinә hücum etdi
Separatçı terror tәşkilatı YPG/PKK-nın Suriyanın Afrin qәsәbәsinә tәşkil etdiyi hücum nәticәsindә 4 mülki vәtәndaş hәlak olub, 20 nәfәr dә yaralanıb.

Separatçı terror tәşkilatı YPG/PKK-nın Suriyanın Afrin qәsәbәsinә tәşkil etdiyi hücum nәticәsindә 4 mülki vәtәndaş hәlak olub, 20 nәfәr dә yaralanıb.
Mәlumata görә, terror tәşkilatı YPG/PKK Tel Rıfat bölgәsindәn ‘‘Zeytun budağı’’ әmәliyyatı nәticәsindә terrorçulardan tәmizlәnәn Afrin qәsәbәsinin Meryemin bölgәsinә hücum tәşkil edib.
Hücum nәticәsindә xәsarәt alanlar әtrafdakı xәstәxanalara yerlәşdirilib.
‘‘Zeytun budağı’’ әmәliyyatı nәticәsindә Afrindәn çıxarılan terrorçular Tel Rıfat bölgәsindәki öz mövcudluğunu davam etdirir.
Türkiyә Suriya Milli Ordusunun dәstәyi ilә 2018-ci ilin 18 mart tarixindә Afrini terrorçulardan tәmizlәmişdi.
Әlaqәli Xәbәrlәr

Rusiya fransanın 34 diplomatını persona non-qrata elan edib
TRT xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.