Rusiya və Ukrayna prezident Ərdoğanın dəvətini yüksək qiymətləndirib

Ukraynanın vitse-prezidenti  Mihay Podolyak, prezident Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenskini Türkiyəyə dəvətini  yüksək qiymətləndirib.

1765460
Rusiya və Ukrayna prezident Ərdoğanın dəvətini yüksək qiymətləndirib

Mihay Podolyak “RBK Ukrayna”ya  müsahibəsində bu barədə danışıb. O qeyd edib ki, prezident Ərdoğan regiondakı vəziyyəti  ən yaxşı  təhlil edən liderdir. Poolyak həmçinin: “ Cənab Ərdoğanın Rusiya və  Ukrayna dövlət başçılarını bir araya gətirəcək iclasa  Türkiyənin  ev sahibliyi edə biləcəyini bildirməsini  və  bu təklifi bizə çatdırmasını yüksək qiymətləndiririk”.

Kreml-in sözçüsü Dmitriy Peskov da Rusiya və Ukrayna arasındakı problemlərin həlli üçün prezident Ərdoğanın Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenskini Türkiyəyə dəvətini alqışladıqlarını bildirib.



Әlaqәli Xәbәrlәr