Pakistan əcnəbilərə daimi yaşamaq üçün icazə verəcək
Pakistanın İnformasiya və Yayım naziri Çaudri Favad Hüseyn bu barədə məlumat yayıb.

Bildirib ki, xarici sərmayələri cəlb etmək və iqtisadiyyatı inkişaf etdirmək üçün müəyyən məbləğdə sərmayə qoyan əcnəbilərə daimi yaşamaq üçün icazəsi veriləcək.
Yerli Kiv-in məlumatına görə, nazir bu addımın Pakistanın geoiqtisadi siyasəti çərçivəsində atıldığını, Əfqanıstan Talibanın nəzarətinə keçdikdən sonra Türkiyə, Malayziya və digər ölkələrə gedən zəngin əfqanları cəlb etməyə çalışdıqlarını bildirib.
Xarici sərmayələri cəlb etmək və iqtisadiyyatı inkişaf etdirmək üçün ölkəyə müəyyən məbləğdə sərmayə qoyan müxtəlif ölkə vətəndaşlarına daimi yaşamaq icazəsi veriləcəyini ifadə edən Hüseyn, hədəfləri arasında Kanadada yaşayan və Pakistandakı din müəssəsələri sahəsində sərmayə qoymaq istəyən siqhlər ilə çinlilərin olduğunu vurğulayıb.
Qeyri rəsmi məlumatlara görə ölkədə 100-300 min dollar sərmayə qoyan əcnəbilərə daimi yaşamaq icazəsi veriləcək.
Әlaqәli Xәbәrlәr

Şolts və Zelenski telefonla danışıblar
Almaniya kansleri Olaf Şolts Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparıb.

Rusiya MN Ukraynanın hərbi itkiləri barədə açıqlama verib
Konaşenkov Ukrayna müharibəsində Rusiya ordusunun əməliyyatları barədə məlumat verib.