Avropa İttifaqı Ukraynaya qarşı kiberhücumları pisləyib
Aİ-nin Ali Nümayəndəsi Josep Borrell Ukraynada sabitliyi pozmaq və dezinformasiya yaymaq cəhdini kəskin şəkildə pisləyən bəyanat yayıb.
1762978

Borrell bildirib ki, Ukrayna artan kiber davamlılığı sayəsində hücumlara tez və qətiyyətlə reaksiya verib: “Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə və ərazi bütövlüyünə birmənalı dəstəyimizi bir daha təsdiqləyirik”. Bəyanatda deyilir ki, Avropa İttifaqı və onun üzv dövlətləri Ukrayna ilə təmasdadır və bu hücumu aradan qaldırmaq üçün əlavə, birbaşa, texniki yardım göstərməyə və hibrid hücumlara qarşı dayanıqlığını artırmaq da daxil olmaqla, sabitliyi pozan istənilən hərəkətlərə qarşı Ukraynanı daha da dəstəkləməyə hazırdır.
Әlaqәli Xәbәrlәr

Rusiya fransanın 34 diplomatını persona non-qrata elan edib
TRT xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.