Qazaxıstan-İran arasında ticari əlaqələr yaxşılaşdırılır

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Qazaxıstan baş nazirinin müavini və xarici işlər naziri Muxtar Tileuberdi ilə görüşüb.

1762082
Qazaxıstan-İran arasında ticari əlaqələr yaxşılaşdırılır

TRT xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirib ki, Abdullahiyan və Tileuberdi arasında baş tutan telefon danışığı zamanı ikitərəfli əlaqələr və regional məsələlər müzakirə olunub. Abdullahiyan İranın Qazaxıstanda cərəyan edən prosesləri yaxından izlədiyini, suverenliyini dəstəklədiyini, məhz ölkədəki vəziyyətə xarici müdaxiləni pislədiyini bildirib. Tileuberdi isə Qazaxıstan prezidenti Kasım Cömərt Tokayevin İrana səfərinin gündəmdə olduğunu xatırladıb və İranla ölkəsi arasında ticari əlaqələrin inkişaf etdirilməsinə üstünlük verdiklərini vurğulayıb. İran prezidenti İbrahim Rəisini oktyabrda keçiriləcək Qazaxıstan Beynəlxalq Toplantısına dəvət edib.



Әlaqәli Xәbәrlәr