İran BMT-yə olan borclarına görə səsvermə hüququnu itirib

İran və Venesuela da daxil olmaqla 8 ölkə borclarına görə Birləşmiş Millətlər Təşkilatında (BMT) səsvermə hüququnu itirib.

1762043
İran BMT-yə olan borclarına görə səsvermə hüququnu itirib

BMT Nizamnaməsinin 19-cu maddəsinə görə, əgər bir ölkənin təşkilata rüsum borcu son 2 ildə etdiyi ödənişdən çox olarsa, həmin ölkənin BMT Baş Assambleyasında səsvermə hüququ dayandırılır.

BMT Baş Assambleyasının sözçüsü Paulina Kubiak BMT-yə üzv ölkələrdən 11-nin təşkilata olan borçlarını vaxtında ödəmədiyini, bu ölkələrin 8-nin dünəndən (12 Yanvar) etibarən səsvermə hüququnu itirdiyini bildirib.

Bildirilir ki, BMT Baş Assambleyasında səsvermə hüququnu itirmiş ölkələr İran, Venesuela, Sudan, Konqo, Qvineya, Papua Yeni Qvineya, Antiqua və Barbuda ilə Vanuatudur.

Xatırladaq ki, Keçən il də İran BMT-yə olan 65 milyon dollar borcunu ödəmədiyi üçün Baş Assambleyada səsvermə hüququnu itirdi. Ancaq daha sonra bunun 16 milyon dollarını ödəyərək səsvermə hüququnu yenidən əldə etdi. Borcunu vaxtında ödəyə bilməməsinə Amerika Birləşmiş Ştatlarının (ABŞ) “qeyri-qanuni sanksiyalarını” səbəb göstərən İran səsvermə hüququnu yenidən bərpa etmək üçün 18 milyon, Venesuela isə 39,8 milyon dollar ödəməlidir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə BMT-nin qərarı ilə bağlı açıqlamasında: “Təəssüf ki, ABŞ-ın amansız və qeyri-qanuni sanksiyaları səbəbindən iki il dalbadal ölkəmizin ödənişlərində problemlər yaşanır”.



Әlaqәli Xәbәrlәr