Bağdad hava limanına hücuma cəhd edən PUA-lar məhv edildi

İraqın Beynəlxalq Bağdad Hava Limanına göndərilən partlayıcı yüklü iki pilotsuz uçuş aparatı (PUA) məhv edilib.

1756230
Bağdad hava limanına hücuma cəhd edən PUA-lar məhv edildi

 TRT xəbər verir ki, bu barədə İraq təhlükəsizlik mənbələri məlumat yayıb. Bildirilir ki, daha əvvəl ABŞ əsgərlərinin iqamətgahı olan “Viktoriya Hava Bazası” olaraq bilinən Bağdad Hava Limanındakı diplomatik əraziyə partlayıcı yüklü PUA-lar ilə hücuma cəhd edilib. Ancaq PUA-lar işə salınan hava hücumundan müdafiə sistemləri ilə vurulub. Hadisə zamanı insan itkisi olmayıb. ölkə rəsmiləri hadisə ilə əlaqəli açıqlama verməsələr də bunun İran İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsinin ikinci ilində baş verməsi diqqət çəkib.



Әlaqәli Xәbәrlәr