Fələstin müqavimət qrupları birgə hərbi təlim keçirib

Fələstin müqavimət qruplarının Rəfah şəhərində təşkil etdiyi birgə hərbi təlim başa çatıb.

1754541
Fələstin müqavimət qrupları birgə hərbi təlim keçirib

TRT xəbər verir ki, “Sərt künc-2” adlanan təlim, Fəth Hərəkatı başda olmaqla digər Fələstin qruplarının hərbi qüvvələrinə rəhbərlik edən “Müqavimət Qruplarının Birgə palatası” tərəfindən həyata keçirib.

Müqavimət Qruplarının Birgə Palatasının komandirlərindən Əhməd Nevfel hərbi təcrübə mübadiləsi, müxtəlif çətinlik və təhdidlərə hazır olmaq məqsədi ilə təşkil edilən təlimlə bağlı açıqlamasında: “təlim ilə müqavimət ideyasından imtina edilməyəcəyi və Fələstin qruplarının birlik və həmrəyliklərinin davam edəcəyi daha bir dəfə təsdiqlənib. Qəzza sərhədindəki divarlar da İsraili qorumayacaq. Müqavimət qüvvələri yenidən söz sahibi olacaq”.



Әlaqәli Xәbәrlәr