Təbrizdə 5 mərtəbəli binada partlayı, ölənlər var
İranın şimal-qərbində yerləşən Təbriz şəhərində bir binanın uçması nəticəsində 5 nəfər ölüb, 15 nəfər yaralanıb.
1751047

TRT-nin İran dövlət mediasına istinad etdiyi xəbərinə görə hadisə Təbriz şəhərinin mərkəzində baş verib. Bildirilir ki, 5 mərtəbəli bina təbii qazın partlaması nəticəsində uçub. Dağıntıların altından 5 nəfərin cəsədi çıxarılıb. Ərazidə axtarış-xilasetmə işləri davam etdir. Hadisə nəticəsində yaralanan 15 nəfər xəstəxanalarda yerləşdirilib.