Avropa İttifaqı Rusiyşanı xəbərdarlıq edib

Avropa İttifaqı (Aİ) : “Ukraynaya hərbi müdaxilə edəcəyi təqdirdə Rusiyaya nəticələri təhlükəli olacaq sanksiyalar tətbiq ediləcək”.

1748784
Avropa İttifaqı Rusiyşanı xəbərdarlıq edib

Aİ Komissiyasının sədri Ursula fon der Leyen, Aİ Şurasının sədri Çarlz Mişel və Aİ-nin müddətli prezidenti Sloveniyanın baş naziri Janez Jansa Aİ Liderlər Toplantısından sonra birgə mətbuat konfransı keçirib.

Avropa Şurasının sədri Mişel üzv ölkələrin Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini daha bir dəfə xatırlatdığını ifadə edərək: “Ukraynaya qarşı təcavüzün ciddi nəticələr doğuracağı gözdən yayındırılmamalıdır. Biz tərəfdaşlarımız və müttəfiqlərimizlə koordinasiyalı tədbirlər görməyə hazırıq. Aİ-na üzv ölkələrin liderləri belə bir vəziyyətdə Rusiyaya qarşı iqtisadi sanksiyaları aktivləşdirməyə razılaşıblar”.

Ursula Von der Leyen: “Aİ daha əvvəl Rusiyanın Ukrayna sərhədindəki hərbi istehkamları ilə bağlı mövqeyini açıqlayıb. Rusiyanı təcavüzdən çəkinməyə və gərginliyi azaltmağa dəvət edirik”. Moskva ilə yaxşı münasibətlər yaradmaq əzmində olduqlarını, bunun Rusiyadan asılı olduğunu deyәn  Von der Leyen  lakin Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsinə biganə qalmayacaqlarını bildrib.

Sloveniyanın Baş naziri Jansa da öz növbəsində: “Aİ ölkələrinin mövqeyi ortaqdır. Rusiyanın Krımı işğal etdiyi zaman baş vermiş vəziyyətin təkrarlanmasına imkan verməyəcəyik. Bu dəfə tədbirlərimiz hazırdır”.



Әlaqәli Xәbәrlәr