İran: “Nüvə obyektində təftişə sanksiyalar ləğv edilərsə icazə verərik”
“Kerec Nüvə Stansiyasında yoxlamalar aparıla bilməsi üçün sanksiyalar ləğv edilməlidir”, bunu İran Atom Enerjisi Agentliyinin rəhbəri Məhəmməd İslami deyib.

Paytaxt Tehranda iştirak etdiyi bir tədbirdə, Beynəlxalq Atom Enerjisi Agentliyi ilə Tehran arasında mübahisə mövzusu olan ‘Kerec Nüvə Stansiyasında’ yoxlamalar aparıla bilməsi üçün sanksiyalar ləğv edilməlidir deyən İslami, Kerec Nüvə Müəssisəsinin təftişinin və nüvə razılaşmasında yer alan məsələlərin Tehran ilə Agentlik arasındaki “Təhlükəsizlik Nəzarəti Müqaviləsi” ilə əlaqələndirmənin səhv olduğuna diqqət çəkib.
Tərəf ölkələr Nüvə razılaşmasından əsaslanan öhdəliklərə əməl etsələr İran da öz vədlərini yerinə yetirəcək deyən İslami: “Sanksiya tətbiqi davam etdiyi müddətcə nüvə sazişi ilə əlaqəli əlavə şərtlər irəli sürmək əbəsdir. Biz Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) və Təhlükəsizliyə Nəzarət Müqaviləsi çərçivəsində fəaliyyət göstərir və başqa heç nəyi qəbul etmirik. İran və Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əlaqələr Təhlükəsizlik Nəzarəti Müqaviləsi və NPT-nin nizamnamə və qanunlarına uyğun olmalıdır. Agentlik İranın nüvə fəaliyyətlərinə sözmövzusu faktlar çərçivəsində nəzarət edir. Əks iddialar İsrail tərəfindən irəli sürülür. Əgər Nüvə sazişi həyata keçiriləcəksə, bütün tərəflər öz öhdəliklərinə əməl etməlidirlər. İranın öz öhdəliklərinə tam sadiq qalması və qarşı tərəfin vədlərini yerinə yetirməməsi kimi bir şey mümkün deyil”-deyə İslami vurğulayıb.
Әlaqәli Xәbәrlәr

Rusiya fransanın 34 diplomatını persona non-qrata elan edib
TRT xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.