ABŞ-ın rəhbərliyindəki silahlı qüvvələr İraqdan çıxarıldı

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri tərkibində İraqda vəzifə icra edən  silahlı qüvvələr ölkədən çıxarıldı.

1745249
ABŞ-ın rəhbərliyindəki silahlı qüvvələr İraqdan çıxarıldı

TRT-nin İraqın rəsmi xəbər agentliyi İNA-ya istinad etdiyi xəbərinə  görə bu barədə İraq Milli Təhlükəsizlik katibinin müşaviri Kasım Araci məlumat yayıb. “Biz koalisiya qüvvələri ilə yekun danışıqlarımızı başa çatdırdıq. Koalisiya qüvvələrinin döyüş qüvvələri İraqdakı missiyasını tamamlayaraq ölkədən ayrıldılar”

Xatırladaq ki, İranın dəstəklədiyi şiə milis qruplar dekabrın sonundan etibarən ölkədəki ABŞ qüvvələrinin hədəfə götürüləcəyi  hücumlar təşkil ediləcəyini irəli sürmüşdü.



Әlaqәli Xәbәrlәr