Hulusi Akar prezident Ərdoğanın səfəri əvvəlində Qətərdə görüşlər keçirib
Milli Müdafiə naziri Hulusi Akar Qətər Baş nazirinin müavini və müdafiə naziri Xalid İbn Muhammed əl-Atiyyə ilə görüşüb.
Hulusi Akar prezident Rəcəb Tayyib Ərdoğanın reallaşdıracağı səfər ilə əlaqəli hazırlıqlar çərçivəsində Qətərin paytaxtı Dohada görüşlər keçirib.
TRT-nin xəbərinə görə Akar- Əl atiyyə arasında baş tutan görüşdə ikitərəfli və regional müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahəsində əməkdaşlıq mövzuları müzakirə olunub. Qarşılıqlı hərbi təlim əməkdaşlığının irəli pillələrə qaldırılmasının vacibliyi vurğulanıb.
Hulusi Akar Qətərdə türk əsgərlərini də ziyarət edib. Burada etdiyi çıxışında ölkədəki Türk hərbiçilərin uğurlu fəaliyyətlərini yaxından izlədiklərinə diqqət çəkib və bunu yüksək qiymətləndirdiyini, qarşıdakı dövrdə də davam etməsini arzuladığını, əməkdaşlığı gücləndirmək üçün həm Qətərdə, həm də Türkiyədə birgə hərbi təlimlərin keçirilməsinin əhəmiyyətini qeyd edib. Qətərlə ilə Türkiyə arasındaki əməkdaşlığın üçüncü ölkələrə qarşı yox, iki ölkə xalqlarının hüquqlarını müdafiə etmək və çəkindirmə gücünü artırmaq məqsədli olduğunu sözlərinə əlavə edib.