Rusiyada kömür mədənində yanğın, ölənlər var

Rusiyada  Kemerovo ərazisində  yerləşmiş  kömür mədənində yanğın  baş verib

1738586
Rusiyada kömür mədənində yanğın, ölənlər var

TRT  xəbər  verir ki, bu  barədə  Rusiya Fövqəladə Hallar Nazirliyi  məlumat  yayıb. 

Bildirib  ki, Kemerovoda kömür mədənində təxminən 250 metr dərinlikdə baş  verən  yanğından  sonra 237  şaxtacı  təxliyə  edilib.  Faciə  nəticəsində  6  nəfər  həyatını  itirib,  44  şaxtacı  yaralanıb.  Axtarış-xilasetmə işləri davam edir.


Etiketlәr: #Kemerovo

Әlaqәli Xәbәrlәr