Putin, Əliyev və Paşinyan Soçidə bir araya gələcək
Rusiya Prezident Administrasiyası məlumat verib
1737806
Rusiya Prezident Administrasiyası ölkə başçısı Vladimir Putin, Azərbaycan Respublikası prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın 26 noyabrda Soçidə bir araya gələcəyini bildirib.
Görüşdə Qarabağ müqavilələrinin tətbiq olunması, bölgədə sabitliyin gücləndirilməsi, əmin-aman bir həyatın təsis edilməsi üçün atılacaq addımların ana xətlərinin müəyyənləşməsi məsələləri müzakirə olunacaq.
Bölgədə ticarət və nəqliyyat yollarının açılması və inkişaf etdirilməsinə xüsusi əhəmiyyət veriləcəyinə işarə edilən şərhdə Pütin, Əliyev və Paşinyanın bir-birləri ilə ikitərəfli görüşlər keçirəcəkləri də qeyd edilib.