İsrail Fələstinlilərə məxsus iki binanı söküb

İsrail qüvvələri işğal altındakı Şərqi Qüdsün cənubunda Fələstinlilərə məxsus iki binanı lisenziyasız olduqlarını səbəb göstərərək söküb.

1737553
İsrail Fələstinlilərə məxsus iki binanı söküb

TRT-nin Fələstin Azadlıq Təşkilatı rəsmisi Həsən Bericəyə istinad etdiyi xəbərə görə İsrail qüvvələri səhər radələrində bələdiyyə işçiləri və buldozerlərlə Qüdsün Vadi əl-Hummus bölgəsinə basqın verərək Fələstinlilərə  məxsus üç və dörd mərtəbəli iki binanı “lisenziyasız inşa edildiyini” irəli sürərək dağıdıb.

Bölgədəki məskunlaşma layihələrini izləyən qeyri-hökumət təşkilatları İsrailin Qüds Bələdiyyəsinin Şərqi Qüdsdə və nəzarət etdiyi ərazilərdə fələstinlilər tərəfindən tikilən evlərə lisensiya və məskunlaşma icazəsi vermək üçün ağır şərtlər irəli sürdüyünə diqqət çəkirlər.

Birləşmiş Millətlər Təşkilatının Humanitar İşlər üzrə Koordinasiya Ofisindən yayılan açıqlamada isə, İsrailin 2021-ci ilin Yanvar ayından oktyabrın 18-dək işğal altındakı İordan çayının qərb sahilinin C bölgəsində və Şərqi Qüdsdə fələstinlilərə məxsus 698 binasını sökdüyü bildirilib.



Әlaqәli Xәbәrlәr