Çin Əfqanıstana hümanitar yardım göndərib

Çin qış fəslinin başlaması ilə yardıma möhtacların sayının artacağı ehtimal olan Əfqanıstana 1000 ton humanitar yardım materialı göndərib.

1736924
Çin Əfqanıstana hümanitar yardım göndərib

TRT-nin Şinhua agentliyinə istinad etdiyi xəbərə görə, 50 konteyner geyim, ərzaq və zəruri məhsulları daşıyan yük qatarı Əfqanıstana getmək üzrə Sincan-Uyğur Muxtar Bölgəsindən yola düşüb. Yük qatarının Əfqanıstana 12 günə çatacağı gözlənilir.

Qeyd edək ki, Çin, ABŞ əsgərlərini Əfqanıstandan çıxardıqdan sonra ölkəyə nəzarəti ələ keçirən Taliban rəhbərliyinə üç yük qatarı ilə ümumilikdə 2600 ton humanitar yardım göndərib.



Әlaqәli Xәbәrlәr