Gürcüstan sabiq prezidentinin məhkəməsi başlandı

Mixail Saakaşvilinin məhkəməsinin keçirildiyi binanın qarşısında və Tiflisin üç ayrı-ayrı yerində sabiq Gürcüstan prezidentinə dəstək nümayişləri təşkil edilib

1732308
Gürcüstan sabiq prezidentinin məhkəməsi başlandı

 

  Gürcüstanda 1 oktyabrda nəzarətə alınmasından bu yana aclıq elan edən sabiq prezident Mixail Saakaşvilinin məhkəməsi başlanıb.

  Həbsxanalar Xidməti İdarəsindən edilən yazılı şərhdə Saaakaşvilinin sağlıq vəziyyəti və təhlükəsizliyi ilə bağlı problem olmadığı bildirilib. Yerli mətbuatda yazılana görə isə Saakaşvilidən Tiflis Şəhər Məhkəməsinə həbsxanadan görüntülü qatılması istənilib, amma o, bunu qəbul etməyib.

  Yeni tip koronavirus (Covid-19) epidemiyası ilə mübarizə çərçivəsində jurnalistlərin iştirak etməsinə icazə verilmədiyi məhkəmə Mixail Saakaşvili haqqında 2007-ci ildə müxalifət mitinqini dağıtma, İmedi televiziya kanalının basılması və kanalın rəhbəri Badri Patarkaçişvilinin mal varlığına əl qoyulması məsələlərinə baxılır.

  Xatırladaq ki, Lia Orkodaşvili, Nino Elieşvili və Maia Kokiaşvilidən ibarət Hakimlər Heyəti bundan əvvəl Saakaşvili haqqında qiyabi verilən həbs cəzası qərarını aradan qaldırıb. Sözügedən mövzu ilə bağlı prokuror Jarji Tsiklauri isə bu qərarın əslində heç bir şeyi dəyişdirmədiyini deyib.

  Qeyd edək ki, Mixail Saakaşvilinin məhkəməsinin keçirildiyi binanın qarşısında və Tiflisin üç ayrı-ayrı yerində sabiq Gürcüstan prezidentinə dəstək nümayişləri təşkil edilib.



Әlaqәli Xәbәrlәr