Bu ölkədə xarici valyutadan istifadə qadağan edildi

“Taliban” Əfqanıstanda ağır iqtisadi vəziyyətlə əlaqədar ölkədə dövriyyədə olan xarici valyutadan istifadəni qadağan edib.

1728611
Bu ölkədə xarici valyutadan istifadə qadağan edildi

TRT xəbər verir ki, bu barədə hərəkatın sözçüsü Zabihullah Mücahidin müavini Bilal Kərimi mətbuata mətbuata açıqlama verib.

“Ölkədə iqtisadi vəziyyət və milli maraqlar tələb edir ki, bütün əfqanlar istənilən əməliyyatda yalnız yerli pul vahidindən istifadə etsinlər”, - Kərimi bəyan edib.

Sözçü müavini Kərimi həmçinin vurğulayıb ki, qərara əməl etməyənlər barəsində qanuni tədbirlər görüləcək.

Qeyd edək ki, Taliban paytaxt Kabilə nəzarəti ələ keçirdikdən sonra (15 avqust) təxminən iki həftə bağlı qalan banklar əhalinin nağd pul ehtiyacını təmin edəbilmir. Pul kütləsinin kifayət qədər olmaması səbəbindən banklar qarşısında uzun növbələr davam edir. Əfqanıstanda nağd pul çatışmazlığı səbəbindən əhali banklardan həftədə maksimum 20 min əfqan (təxminən 200 dollar) çıxara bilər.



Әlaqәli Xәbәrlәr