Kabildə xəstəxanaya bombalı hücum təşkil edilib

Əfqanıstanın paytaxtı Kabildə ölkənin ən böyük hərbi xəstəxanasına bombalı hücum təşkil edilib.

1728136
Kabildə xəstəxanaya bombalı hücum təşkil edilib

TRT xəbər verir ki, ilk bomba Vəzir Əkbər Xan bölgəsində Sərdar Məhəmməd Davud Xan adına Xəstəxanasının qarşısında partladılıb. Həmin hadisədən bir neçə dəqiqə sonra  ikinci partlayış baş verib. Partlayışlardan sonra xəstəxananın içərisindən silah səsləri eşidilib. Taliban rəsmiləri hadisə ilə bağlı hələ açıqlama verməsə də, bölgəyə giriş-çıxışlar bağlanıb. Hücum nəticəsində itki olub-olmadığına dair  hələlik məlumat yoxdur.



Әlaqәli Xәbәrlәr