“Avropanın mərkəzində iki ekoloji bomba var”, V.Zelenski

Şotlandiyanın Qlazqo (Glasgow) şəhərində reallaşdırılan Birləşmiş Millətlər Təşkilatı (BMT) 26-cı İqlim Dəyişikliyi Konfransında (COP-26) çıxışında V.Zelenski deyib...

1728012
“Avropanın mərkəzində iki ekoloji bomba var”, V.Zelenski

 

  Ukrayna prezidenti Vladimir Zelenski Donbas və Krımın Avropanın mərkəzində iki ekoloji bomba olduğunu söyləyib.

  Şotlandiyanın Qlazqo (Glasgow) şəhərində reallaşdırılan Birləşmiş Millətlər Təşkilatı (BMT) 26-cı İqlim Dəyişikliyi Konfransında (COP-26) çıxışında V.Zelenski deyib: “Ukrayna Avropada Paris İqlim Müqaviləsini imzalayan ilk dövlətlərdəndir. Hədəfimiz 2030-cu ilə qədər istixana qazı emisiyalarını 65 faiz azaltmaqdır.

  Qlobal istiləşmənin öhdəsindən gəlmək üçün etibarın ilbəil azaldığı beynəlxalq əlaqələrdə bir qlobal istiliyə ehtiyac var. Müqavilələr bəziləri üçün yalnız sözlərdən ibarət olunca mənasızlaşır.

  1994-cü ildə Ukrayna üzərinə bir sıra təhlükəsizlik zəmanətləri aldı ki, hələ də yerinə yetirilməmiş qalır.

  Avropanın mərkəzində Donbas və işğal edilən Krım kimi iki ekoloji bomba var.

  Bənzərsiz floraya malik Krım Rusiyanın donanma bazasına çevrilib, Donbasın isə bir sıra bölgələri minalarla doldurulub. Bu vəziyyət əslində bütün dünyaya qarşı bir təhdiddir”.



Әlaqәli Xәbәrlәr