Əfqanıstan üzrə danışıqların Moskva formatının keçiriləcəyi tarix açıqlanıb

Əfqanıstan üzrə görüşlərin Moskva formatı sabah (20 oktyabr) keçirilәcәk.

1721776
Əfqanıstan üzrə danışıqların Moskva formatının keçiriləcəyi tarix açıqlanıb

Rusiya Xarici işlәr nazirliyindәn bu barәdә mәlumat yayılıb. Bildirib ki, Moskva Formatında görüş üçüncü dəfə keçiriləcәk. Rusiya Xarici işlər naziri Sergey Lavrovun çıxış edəcəyi yığıncaqda bölgənin 10 ölkəsindən nümayəndələrin və Əfqanıstanı təmsil edən Taliban hərəkatının yüksək səviyyəli nümayəndə heyətinin iştirakı gözlənilir.

Tәdbirdә Əfqanıstanda hərbi-siyasi vəziyyətin inkişaf etdirilməsi və bütün qrupların tәmsil olunacağı əhatəli bir hökumət qurulması gözləntiləri dә müzakirә edilәcәk mövzular arasında olacaq. Bu ölkədə humanitar böhranın qarşısını almaq üçün beynəlxalq ictimaiyyətin sәylәrini artırılmasının әhәmiyyәti vurğulanacaq.



Әlaqәli Xәbәrlәr