Qəndəhar əyalətində məscidə hücum, 30 ölü

Əfqanıstanda Taliban qüvvələrinin qalası olaraq bilinən Qəndəhar əyalətindəki Şiə Fatimiyyə Məscidinə bombalı hücum təşkil edilib.

1720159
Qəndəhar əyalətində məscidə hücum, 30 ölü

Cümə namazı zamanı edilən hücum nəticəsində 30 nəfər həyatını  itirib vә  çox sayda  adam yaralanıb.

Taliban qüvvələri hücum təşkil edilən məsciyə uzanan bütün yolları bağlayıb.

Xatırladaq ki, ötən həftə ölkənin şimalındakı Kunduz əyalətində şiələrə məxsus məscidə  təşkil edilən hücum nəticəsində 46 nəfər həyatını itirdi. Hücuma görə  məsuliyyəti terror təşkilatı DEAŞ  üzərinə götürdü.



Әlaqәli Xәbәrlәr