İsrail əsgərləri Fələstin Baş nazirinin yolunu kəsiblər

İsrail əsgərləri Fələstinin Baş naziri Məhəmməd Iştiyyenin işğal olunmuş İordan çayının qərb sahilindəki Cenin şəhərinə girişinə mane olublar.

1717839
İsrail əsgərləri Fələstin Baş nazirinin yolunu kəsiblər

Fələstinin rəsmi xəbər agentliyi “VAFA” bu barədə  məlumat yayıb. Agentliyin  Hökumət sözçüsü İbrahim Mülhimə istinad etdiyi xəbərinə görə  İsrailin işğalçı dövlət əsgərləri Baş nazir İştiyye və onu müşayiət edən nazirlərin Cenin şəhərinə daxil olmalarına icazə verməyiblər. Məlumata görə həftəlik kabinet toplantısını keçirmək üzrə Ceninə getmək istəyən İştiyyenin karvanı İsrail əsgərlərinin müdaxiləsinə  görə marşrutunu dəyişdirmək məcburiyyətində qalıb və alternativ yolla Ceninə çatmağı bacarıb.



Әlaqәli Xәbәrlәr