Afrində terror aktı törədilib, ölənlər var

Separatçı terror təşkilatı PKK/YPG Suriyanın Afrin bölgəsində bombalı hücum törədib.

1717887
Afrində terror aktı törədilib, ölənlər var

Hatay Valiliyindən hadisə ilə  əlaqəli  açıqlama verilib. Qeyd edilib ki, terror təşkilatı PKK/YPG günorta radələrində Afrində bomba ilə təchiz olunmuş avtomobili partladıb. Hadisə nəticəsində 3 mülki şəxs həyatını itirib, 10 nəfər yaralanıb. Yaralılar ətrafdakı xəstəxanalarda yerləşdirilib.

Qeyd edək ki, terror təşkilatı PKK/YPG daha əvvəl Tel Rifatı baza kimi istifadə edərək Afrin və ətrafını hədəfə götürən hücumlar həyata keçirmişdi.



Әlaqәli Xәbәrlәr