Cerablusda terror hücumu nəticəsində ölənlər olub

Suriyanın şimalındakı Cerablus qəsəbəsində eyni anda iki fərqli yerdə terror hücumu həyata keçirilib.

1711845
Cerablusda terror hücumu nəticəsində ölənlər olub

Suriyanın şimalındakı Cerablus qəsəbəsində eyni anda iki fərqli yerdə həyata keçirilən terror hücumlarında həyatını itirən mülki şəxslərin sayının 2-yə, yaralıların sayının 19-a çıxdığı bildirilib.

Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən "Fərat qalxanı" əməliyyatı ilə terrordan təmizlənən Cerablusun mərkəzində motosikletə və zibil qabına yerləşdirilən bombaların eyni vaxtda partlatılması ilə təşkil edilən terror hücumları ilə əlaqədar açıqlama yayılıb.

Bölücü terror təşkilatı PKK/YPG-nin "günahsız dinc vətəndaşları hədəf alan qanlı terror hücumlarından əl çəkmədiyi" ifadə edən açıqlamada təşkilatın sözügedən hücumlarında 2 günahsız vətəndaşın öldüyü və 19 mülkinin yaralandığı qeyd edilib.

Açıqlamada "Günahsız vətəndaşları qırmaqdan başqa bir məqsədi olmayan PKK/YPG terror təşkilatı və tərəfdarları unudmamalıdır ki, bölgənin sülhü və təhlükəsizliyi üçün hər cür terror təşkilatına qarşı mübarizəni və terrorçuları yuvalarında zərərsizləşdirmə əməliyyatlarını davam etdirəcəyik" deyilib.



Әlaqәli Xәbәrlәr