Egey dənizində zəlzələ olub

Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) Egey dənizində 5.7 bal gücündə yeraltı təkan qeydə alınıb. (YENİLƏNİB)

1710916
Egey dənizində zəlzələ olub

Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) Egey dənizində 5.7 bal gücündə yeraltı təkan qeydə alınıb.

AFAD-ın internet saytındakı məlumatlara görə, Türkiyə vaxtı ilə saat 09:17-də Egey dənizində 5.7 bal gücündə zəlzələ olub.

Zəlzələnin episentrinin 9,62 kilometr dərinlikdə olduğu müəyyən edilib.

Afina Geodinamik İnstitutunun verdiyi açıqlamada episentri Giritin cənubundakı Arvis bölgəsində olan 5,8 bal gücündə zəlzələnin bütün adada hiss edildiyi bildirilib.

Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi zəlzələnin gücünün 6,5 olduğunu elan edib.

İlk zəlzələdən sonra bölgədə 4,8 bal gücündə yeraltı təkanlar qeydə alınıb. 

Yunanıstan mətbuatında yer alan xəbərlərə görə, yanğınsöndürənlərə dağılmış binaların altında sıxışan insanların olduğuna dair çağırış edilib. 

Dağıntılar altında qalan bir nəfərin yaralandığı xəstəxanada öldüyü bildirilib.

Kandiye Arkalohori şəhərində bir nəfərin qismən dağılmış kilsənin altında qaldığı və bölgədəki bəzi elektrik dirəklərinin yıxıldığı vurğulanıb.

Yunanıstan dövlət agentliyi AMNA-nın xəbərinə görə, Arhanon Asterusion bələdiyyə Başçısı Manolis Kokosalis vəzifə icra etdiyi bölgədəki su borularına və binalara ziyan dəydiyini dilə gətirib.



Әlaqәli Xәbәrlәr