Yunanıstanda qaçqın düşərgəsində güclü yanğın baş verib

Yunanıstanın Samos adasındakı Vathy qaçqın düşərgəsində güclü yanğın baş verib.

1707982
Yunanıstanda  qaçqın düşərgəsində güclü yanğın baş verib

Yunanıstanın Samos adasındakı Vathy qaçqın düşərgəsində güclü yanğın baş verib.

Yunanıstanın İmmiqrasiya Nazirliyi "Düşərgənin qərbindəki tərk edilmiş kazarmada yanğın baş verdiyi üçün hələ də orada olanlar üçün heç bir təhlükə yoxdur. Qalanları təxliyə edildi" bəyanatını verib.

Uşaqlar da daxil olmaqla çox sayda qaçqın Vathy düşərgəsi yaxınlığındakı bir dayanacaqda toplanıb.

Səlahiyyətlilərə görə, tənha bir ərazidə baş verən yanğına nəzarət etmək üçün hadisə yerinə 6 yanğınsöndürən maşın cəlb edilib.

Köçürülməyi gözləyən 300 ilə 500 arasında miqrantın yerləşdiyi düşərgə bu həftə bağlanmalı idi.



Әlaqәli Xәbәrlәr