Türkiyə-Misir çoxtərəfli danışıqların ikinci turu tamamlandı

Paytaxt Ankarada Türkiyə  və  Misir  Xarici işlər  nazirlərinin   müavinlərinin  başçılıq  etdiyi    nümayəndə heyətləri arasında  keçirilən  danışıqların  ikinci  turuna  yekun  vurulub.

1704936
Türkiyə-Misir çoxtərəfli danışıqların ikinci turu tamamlandı

Xarici İşlər Nazirliyindən yayılan   açıqlamada   bu  barədə  məlumat  verilib.Qeyd  edilib  ki, 7-8 Sentyabr tarixlərində Türkiyə-Misir məsləhətləşmələrinin ikinci turu Ankarada, Xarici İşlər Nazirliyinin Səfiri Sədat Önal və Misir Xarici İşlər Nazirinin müavini Səfir Həmdinin  başçılıq  etdiyi   heyətlər  arasında  keçirildi.  Görüş zamanı  ikitərəfli məsələlər  başda  olmaqla  Liviya, Suriya, İraq, Fələstin və Şərqi Aralıq dənizində  cərəyan  edən  proseslər, o cümlədən regional  məsələlər  müzakirə edildi.   Hər  iki  tərəf  də  müzakirə olunan məsələlərdə  irəliləyiş əldə etmək və münasibətləri normallaşdırmaq üçün  lazımlı  addımların  atılmasını  istədiyini daha   bir  dəfə   təsdiqləyərək  məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəldi.

Xatırladaq ki, Türkiyə və Misir nümayəndə heyətləri arasında iki gün davam edən ilk danışıqlar mayın 6 -da Qahirədə

keçirilmişdi.



Әlaqәli Xәbәrlәr