Əsəd rejimi Derada mühasirəyə aldığı bölgəyə girib

Bəşər Əsəd rejimi qüvvələri Suriyanın cənubundakı Dera şəhərində mühasirəyə saldıqları Dera el-Beled Məhəlləsinə daxil olub.

1704887
Əsəd rejimi Derada mühasirəyə aldığı bölgəyə girib

Bəşər Əsəd rejimi qüvvələri Rusiyanın bölgə xalqına tətbiq etdiyi təzyiqlərdən sonra Suriyanın cənubundakı Dera şəhərində mühasirəyə saldıqları Dera el-Beled Məhəlləsinə daxil olub.

Deralı aktivistlərin qurduğu Horan Azadlıqlar Qrupunun sözçüsü Eymen Əbu Nokta Əsəd rejimi qüvvələrinin 1 sentyabrda əldə edilən razılaşmaya əsasən Dera şəhərinin mərkəzində mühasirəyə aldıqları məhəlləyə daxil olduqlarını bildirib. 

Əbu Nokta Rusiyanın bölgə xalqına etdiyi təzyiqdən sonra Dera əl-Beled Məhəlləsinə girən rejim qüvvələrinin məhəllədə şəxsiyyət vəsiqələrini yoxlama fəaliyyətinə başladığını ifadə edib.

Sözçü rejim qüvvələrinin Dera əl-Beled bölgəsini şəhər mərkəzi ilə birləşdirən Sicne-Menşiyye yolunu məcburi köçkünlərin evlərinə qayıtması üçün yenidən açdığını söyləyib.

İndiyədək qədər bölgədəki keçiş müxalifət və əhalidən 130 yüngül silahın rejim qüvvələrinə təhvil verildiyini vurğulayan sözçü rejim ordusunun bu məhəllədə 9 nəzarət məntəqəsi quracağını qeyd edib.



Әlaqәli Xәbәrlәr