NATO İraqın Ərbil şəhərində ikinci bir qərargah açmağı planlaşdırır

Bu barədə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi Cozef Borrell açıqlama verib.

1704332
NATO İraqın Ərbil şəhərində ikinci bir qərargah açmağı planlaşdırır

Cozef Borrell ərbilə səfəri çərçivəsində İraq Kürd Regional Hökumətinin prezidenti Neçirvan Bərzani ilə bir araya gəldikdən sonra birgə mətbuat konfransı keçirilib. Cosef Borrell, İraq Kürd Regional rəhbərliyinin İraqın və bölgənin sabitliyində əhəmiyyətli rol oynadığını, Ərbil ilə Bağdad arasında güçlü əlaqələr yaranmasını yüksək qiymətləndirəcəklərini bunun daha irəli pillələrə qalxmasına töhfə verməkdə səy edəcəklərini vurğulayıb. Avropa İttifaqı İraq Kürd Regional Hökumətə terror təşkilatı DEAŞ-a qarşı mübarizəsində lazımlı dəstəyi verəcəyini ifadə edən Borrell, bu xain qruplaşmanın fəaliyyətlərinin həl də davam etdiyinin idrakında olduqlarını qeyd edib.

Borrell, NATO-nun hərbi məsləhətçilər üçün ərbildə ikinci qərargah açacağını və burda Avropalı müşavirlərin regional rəhbərliklə əməkdaşlıqlarının davam edəcəyini sözlərdinə əlavə edib.

Xatırladaq ki, Ali Nümayəndə Borrell ötən gün də paytaxt Bağdadda İraq Xarici İşlər naziri Fuad Hüseynlə görüşüb.



Әlaqәli Xәbәrlәr