Dünya Müsəlman Alimləri Birliyinin Dera ilə bağlı BMT-yə çağırışı

Dünya Müsəlman Alimlər Birliyinin yaydığı bəyanatda Əsəd rejiminin Suriyanın cənubundakı Dera əl-Beleddə etdiklərinin insanlığa qarşı müharibə cinayətləri səviyyəsinə çatdığı vurğulanıb.

1703774
Dünya Müsəlman Alimləri Birliyinin Dera ilə bağlı BMT-yə çağırışı

Dünya Müsəlman Alimləri Birliyi Birləşmiş Millətlər Təşkilatını (BMT) Suriyanın Əsəd rejiminin şəhərin mərkəzi məhəllələrindən olan Dera əl-Beled xalqına qarşı həyata keçirdiyi vəhşilikləri dayandırmaq üçün ən qısa zamanda müdaxilə etməyə çağırıb.

Mərkəzi qərargahı Qətərin paytaxtı Dohada yerləşən Dünya Müsəlman Alimlər Birliyinin yaydığı bəyanatda Əsəd rejiminin Suriyanın cənubundakı Dera əl-Beleddə etdiklərinin insanlığa qarşı müharibə cinayətləri səviyyəsinə çatdığı vurğulanıb.

Bəyanatda şəhərin sistemli şəkildə artilleriya hücumuna məruz qalması qınanıb və beynəlxalq ictimaiyyətin Suriya mövzusunda həssaslığının təəssüf doğurduğu ifadə edilib.

"Dera əl-Beleddə həyata keçirilən bu zalım mühasirə, sistemli bombardman, öldürmə və dağıdıcı hərəkətlər insanlığa qarşı qəddar cinayət hesab olunur" deyə bəyanatda qeyd edilib. 

Şəhərdə sözügedən cinayətə 10 min mülki şəxsin məruz qaldığına diqqət çəkilərək, Dera xalqının içməli su, elektrik, dərman və uşaqlar üçün süd kimi ən sadə ehtiyaclarından məhrum edildiyi xatırladılıb.

Bəyanatda BMT-yə Dera əl-Beled xalqına qarşı edilən qəddar əməliyyatları dayandırması üçün Əsəd rejiminə müdaxilə etməsi və oradakı insanlara kömək etmək üçün azad dünyaya, humanitar təşkilatlara və xeyriyyə təşkilatlarına çağırış edilib.



Әlaqәli Xәbәrlәr