Rusiya prezidenti Pakistanın baş naziri ilə danışdı

Rusiya prezidenti Vladimir Putin Əfqanıstandakı vəziyyəti Pakistanın baş naziri İmran Xanla müzakirə edib

1697613
Rusiya prezidenti Pakistanın baş naziri ilə danışdı

 

  Rusiya prezidenti Vladimir Putin Əfqanıstandakı vəziyyəti Pakistanın baş naziri İmran Xanla müzakirə edib. Rəsmi Kreml bu barədə  açıqlama yayıb. Bildirilib ki, Putin və Xan arasında baş tutan telefon danışığında Əfqanıstandakı vəziyyət müzakirə edilib. Bu ölkədə sülh və təhlükəsizliyi dəstəkləmək, şiddətin qarşısını almaq və cəmiyyətin bütün qruplarının maraqlarını nəzərə alacaq bir hökumət formalaşdırmaq üçün əfqanıstanlar arasında dialoqun bərpa edilməsinin əhəmiyyəti vurğulanıb.

  Əfqanıstan məsələsinə yanaşmaların həm ikitərəfli, həm də çoxtərəfli formatda koordinasiya edilməsi qərarına gəlinən söhbət zamanı Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) imkanlarından regional təhlükəsizliyi bərpa etmək başda olmaqla, terror və narkotik təhdidinə qarşı mübarizədə istifadə edilməsinin vacibliyi vurğulanıb.  



Әlaqәli Xәbәrlәr