Rusiya Kabilə 4 təyyarə göndərib

Rusiyaya məxsus 4 təyyarə, Taliban hərəkatı Əfqanıstanın paytaxtı Kabilə nəzarəti ələ keçirdikdən sonra ölkədən çıxmaq istiyən əfqanlıların axın etdiyi Həmid Kərzai Beynəlxalq Hava Limanının mülki aviasiya hissəsinə eniş edib.

1697077
Rusiya Kabilə 4 təyyarə göndərib

ABŞ və Taliban tərəfindən Əfqanıstandan təxliyə üçün elan edilən möhlətin ( 31 avqust) sona çatmasına bir neçə gün qalmış Kabil Beyhəlxalq Hava Limanında hərəkətlilik davam edir.

Taliban Kabilə nəzarəti ələ keçirdikdən sonra Əfqanıstanı tərk etmək istəyən xarici rəsmilər və əfqanlar pasport prosedurları başa çatdıqdan sonra təyyarələrlə təxliyə edilir. Bu çərçivədi Rusiya hava qüvvələrinə məxsus İlyuşin Il-76 MD tipli üç strateji nəqliyyat təyyarəsi və bir sərnişin təyyarə bu gün səhər radələrində Həmid Karzai Beynəlxalq Hava Limanının mülki aviasiya hissəsinə enib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə prezident Vladimir Putinin göstərişi ilə Kabilə gedən 4 təyyarə ilə Rusiya, Ukrayna, Belarus, Tacik, Qırğızıstan və Özbəkistan vətəndaşı 500 nəfər Əfqanıstandan çıxarılacaq.



Әlaqәli Xәbәrlәr