Rusiya: “Əfqanıstandakı səfirliyimizin fəaliyyəti davam edəcək”

Rusiya Xarici İşlər Nazirliyi Əfqanıstanda vəziyyətin sabitləşdiyini, bu səbədən ölkədəki Rus səfirliyinin fəaliyyətinin davam edəcəyini bildirib.

1692375
Rusiya: “Əfqanıstandakı səfirliyimizin fəaliyyəti davam edəcək”

Rusiya Xarici İşlər Nazirliyindən yayılan açıqlamada: “Əfqanıstanda Talibanın hakimiyyəti ələ keçirdikdən sonrakı vəziyyəti yaxından izləyirik. Əldə etdiyimiz məlumata görə, paytaxt Kabil başda olmaqla ölkədə vəziyyət sabitləşir. Taliban ictimai asayişi qorumağa başladı, yerli vətəndaşların və xarici diplomatik nümayəndəliklərin təhlükəsizliyinə zəmanət verdiklərini daha bir dəfə təsdiqləyib. Əfqanıstandakı bütün tərəfləri şiddətdən imtina etməyə və məsələləri sülh yolu ilə həll etməyə çağırırıq”.

Rusiyanın Kabildəki səfirliyinin fəaliyyətini davam edəcəyinə diqqət çəkilən açıqlamada, Əfqanıstandakı yeni iqtidarın nümayəndələri ilə danışıqların başladığı vurğulanıb.



Әlaqәli Xәbәrlәr