İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmasının qarşısındakı maneə qalxıb

İran Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şəmhani ölkəsinin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüyünə mane olan siyasi maneələrin aradan qaldırıldığını bildirib.

1690018

Şəmhani "Twitter" hesabından yaydığıi açıqlamada Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə etdiyi telefon danışığı haqqında məlumat verib.

Şəmhani görüş zamanı Əfqanıstan, Suriya və Fars körfəzində baş verənləri müzakirə etdiklərini söyləyib.

"Xoşbəxtik ki, İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünə mane olan siyasi maneələr aradan qaldırıldı. Texniki rəsmiləşdirmələrdən sonra İranın üzvlüyü yekunlaşacaq. Yaxşı xəbər" ifadələrdən istifadə edib.

Qeyd edək ki, ilk olaraq 1996 -cı ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistan tərəfindən "Şanxay Beşliyi" adı ilə başlayan birlik 2001 -ci ildən Özbəkistanın da üzv olmasından sonra Şanxay Əməkdaşlıq Təşkilatı adlanıb.

Ötən dövrdə dünya iqtisadiyyatına təsirini sürətlə artıran ŞƏT 9 iyun 2017-ci ildə Qazaxıstanın paytaxtı Astanada keçirilən zirvədə Pakistan və Hindistanın tam üzvlüyünün təsdiqlənməsi ilə gücünü artırdı.

Әlaqәli Xәbәrlәr