Əfqanıstan qoşunu bu şəhərdən də çıxdı

Əfqanıstanda Taliban hərəkatının döyüşçüləri tərəfindən nəzarətini ələ keçirilən  əyalət mərkəzlərinin sayı 10 -a yüksəlib.

1689923
Əfqanıstan qoşunu bu şəhərdən də çıxdı

Qəznə Şəhəri Şurasının sədri Nasir Əhməd Fakiri verdiyi açıqlamada, ölkənin cənub əyalətlərini Kabilə bağlayan marşrutda yerləşən tarixi Qəznənin əyalət mərkəzinə nəzarətin tamamilə Taliban hərəkatına keçdiyini, təhlükəsizlik qüvvələrinin əyalət mərkəzindən çıxdığını bildirib.

Qeyd edək ki, Əfqanıstan hökumət qüvvələrinin son 7 gündə nəzarəti itirdiyi əyalət mərkəzlərinin sayı Qəznə ilə birlikdə 10 -a yüksəlib. Dünən ölkənin şimal -şərqindəki Bədəxşan əyalətinin mərkəzi Feyzabad şəhəri Talibanın nəzarətinə keçdi. Bağlan və qərbi Farah əyalətlərinin mərkəzləri də son günlərdə Taliban tərəfindən ələ keçirilən ərazilər arasındadır.



Әlaqәli Xәbәrlәr