Hindistanda müsəlmanların əleyhinə şüarlar səsləndirilib
Hindistanda bəzi qanunlardan etiraz məqsədi ilə keçirilən aksiyada müsəlmanların əleyhinə şüarlar səsləndirildiyi iddiasına görə 5 nəfər saxlanıb.

TRT-nin BBC-yə istinad etdiyi xəbərə görə, paytaxt Yeni Dehlidə İngiltərənin müstəmləkəçilik dövrünə məxsus qanunlardan etiraz məqsədi ilə təşkil edilən aksiya anti-müsəlman nümayişə çevrilib. Nümayişçilər arasında 5 nəfər, müsəlman əleyhinə şüarlar səsləndirdikləri səbəbilə saxlanılıb. Etirazlar zamanı çəkilən görüntülərdə bəzi nümayişçilərin müsəlman azlığı hədəf alan təhdidli şüarlar səsləndirdikləri müəyyən edilib. Hindistan polisinin verdiyi açıqlamada, bu insanların görüntülərə baxmayaraq iddiaları inkar etdikləri bildirilib. Hindistan xalq partiyasının (BJP) keçmiş sözcüsünün də saxlananlar arasında olduğu irəli sürülüb.
Müsəlman qruplar, 2014 -cü ildə “BJP” partiyası iqtidar olduqdan sonra müsəlmanlara qarşı ayrı -seçkiliyin artdığını irəli sürsələr də BJP iddiaları qəbul etmir. 2022 -ci ildə ölkənin ən böyük əyaləti Uttar Pradeşdə keçiriləcək seçkilər əvvəlində müsəlmanlara qarşı zorakılığın artması, Hindu millətçiliyi ideologiyasına sahib hakim Xalq partiyasının (BJP) xalqı qütbləşdirərək səs qazanmağa çalışdığı şəklində xarekterizə edilir.