ABŞ-dan İranın yeni prezidenti İbrahim Rəisiyə çağırış

Amerika Birləşmiş Ştatları (ABŞ) İranın yeni prezidenti İbrahim Rəisini diplomatiya və nüvə danışıqlarından imtina etməməyə çağırıb.

1686573
ABŞ-dan İranın yeni prezidenti İbrahim Rəisiyə çağırış

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays gündəlik mətbuat konfransında bu barədə danışıb. O qeyd edib ki, İranda yeni hökumətin mövqeyini gözləyirik. ABŞ bunu gördükdən sonra tərəfdaşları ilə məsləhətləşərək lazımlı addımları atacaqdır. “Respublika Prezidentinə mesajımız milli təhlükəsizlik maraqlarımız üçün danışıqlara qayıtmağa hazır olduğumuzdur. İranı ən qısa zamanda danışıqlara qayıtmağa çağırırıq” deyən sözçü İranın nüvə anlaşmasına geri qayıtmaq şansının sonsuza qədər davam etməyəcəyini, bu səbəbdən yeni hökuməti diplomatiyaya qayıtmağa çağırdıqlarını vurğulayıb.

Dünən and içərək vəzifəsinin icrasına başlayan Prezident Rəisi çıxışında: “İrana tətbiq edilən sanksiyalara son qoyulmalıdır. İran sanksiyaların aradan qaldırılması üçün istənilən diplomatik planı dəstəkləyəcək”.



Әlaqәli Xәbәrlәr