İsrail Fələstin kəndini növbəti dəfə dağıtdı

İsrail qüvvələri, ölkənin cənubundakı Negev səhrasında yerləşən Fələstin kəndi Arakibi növbəti dəfə yerləyeksan edib.

1686209
İsrail Fələstin kəndini növbəti dəfə dağıtdı

Arakib Müdafiə Komitəsinin Üzvü Əziz et-Turi Anadolu Agentliyinə (AA) bildirib ki, İsrail qüvvələri kəndi 191-ci dəfə dağıdıblar. Turinin sözlərinə görə 22 Fələstinli ailənin yaşadığı Arakib kəndində İsrail qüvvələri tərəfindən uçurulan evlər qısa müddət ərzində yenidə tikiləcək.

İsrailin ilk dəfə 2010 -cu ilin iyulunda dağıddığı Arakib kəndində 80-dən çox Fələstin mənşəli İsrail vətəndaşı yaşayır. İsrail rəhbərliyi kəndin qanunsuz qurulduğunu və dağıtılmalı olduğunu iddia edərkən, kənd sakinləri bu torpaqların İsrail dövləti olmazdan xeyli əvvəl babalarından miras qaldığını irəli sürürlər.

Qeyd edək ki, Negev bölgəsində yerləşən digər kəndlərdə olduğu kimi, Arakib kəndində də xalq elektrik və su kimi məcburi xidmətlərdən məhrum edilib.

 Fələstin mənbələrinə görə, İsrail indiyə qədər 220 min Fələstinlinin yaşadığı 12 milyon hektarlıq Negev səhrasının 11 milyon hektarını müsadirə edib.



Әlaqәli Xәbәrlәr