İranda koronavirusa yoluxanların sayı rekord həddə çatıb

İranda İyunun əvvəlində azalan yeni tip koronavirus (Kovid-19) hadisələri, vaksinasiya işlərinin yavaş aparılması, insanların maska ​​və sosial məsafə kimi qaydalara riayət etməməsi səbəbindən rekord həddə çatıb.

1685528
İranda koronavirusa yoluxanların sayı rekord həddə çatıb

Vaksinasiya tətbiqinə 9 fevralda başlanan ölkədə “Sinopharm”, “Sputnik V” və “AstraZeneca” ilə yanaşı, iyunun 14 -də təcili istifadəyə icazə verildikdən sonra yerli “Covıran Bereket” peyvəndi 25 iyundan bəri istifadə olunur. Təxminən 83 milyon əhaliyə malik olan ölkədə bu günə dək ümumilikdə 13.5 milyon doz peyvənd vurulub. İyul ayından bəri 5 -ci dalğanın yaşandığı ölkədə epidemiyaya yoluxanların və xəstəlik səbəbi ilə həyatını itirənlərin sayı yenidən artaraq rekord həddə çatıb. Hökumət Qurban bayramından sonra artan hadisələrə nəzarət məqsədi ilə 6 günlük tətil elan etdi və peyvənd işlərini sürətləndirdi. Baxmayaraq 7 İyunda 100 -ə qədər enən gündəlik ölm, 2 Avqustda 411 -ə yüksəlib. Sutka ərzində qeydə alınan xəstə sayı isə 39 min 19 nəfər olub. Bir çox şəhərdə xəstəxanaların tamamilə dolu olduğu, insan tələfatının artması səbəbindən qəbiristanlıqlarda yer olmadığı bildirilir. Tədbirləri artırmağı planlaşdıran Koronavirus əleyhinə milli mübarizə şurası paytaxt Tehranda 2 həftəlik məhdudiyyət qərarı qəbul etməyi planlaşdırır.



Әlaqәli Xәbәrlәr