Prezident İbrahim Rəisi: “Sanksiyaları ləğv etmək üçün çalışacağıq”

İranın 8 -ci Prezidenti İbrahim Reisi, ABŞ -ın tətbiq etdiyi sanksiyaları ləğv etməsi uğrunda lazımlı addımları atacaqlarını bildirib.

1684834
Prezident İbrahim Rəisi: “Sanksiyaları ləğv etmək üçün çalışacağıq”

Bu gün paytaxt Tehranda keçirilən mərasimdə İranın Ali lideri Əli Xamneyidən Prezidentlik mandatını alan Reisi burada etdiyi çıxışında ölkədəki problemlərə toxunub. İnsanların ən çox iqtisadiyyatdan, işsizlikdən və mənzil çatışmazlığından şikayətləndiyini və yeni hökumətdən bu sahələrdə addımlar atmasını gözlədiklərini ifadə edən İbrahim Rəisi: “Xalq, yeni hökumətin ədaləti bərpa etməsini, korrupsiyaya qarşı mübarizə aparmasını və mənzil problemini həll etməsini tələb edir. Sanksiyaların ləğvi üçün çalışacağıq, lakin xalqın dolanışını və iqtisadiyyatını bir sıra şərtlərə əsaslandırmaqdan imtina edəcəyik. Əcnəbilərin iradəsindən asılı olmayacağıq”.

Qeyd edək ki, İbrahim Rəisi Avqustun 5-də İran Parlamentində yerli və xarici qonaqların iştirakı ilə keçiriləcək and mərasimindən sonra İranın 8-ci Prezidenti kimi vəzifəsinin icrasına başlayacaq.



Әlaqәli Xәbәrlәr