Hindistanda hərbi vertolyot qəzaya uğrayıb

Hindistan hava qüvvələrinə məxsus vertolyot ölkənin Kəşmir bölgəsində yerləşən Kathuada qəzaya uğrayıb.

1684781
Hindistanda hərbi vertolyot qəzaya uğrayıb

Hindustan Times qəzetinin xəbərinə görə, Hindistan qüvvələrinə məxsus “254 AA” tipli vertolyot yerli vaxtla səhər 10: 43 -də Kathuanın Basohli ərazisindəki Ranjit Sagar su anbarına düşüb. Vertolyotda ən az 5 nəfərin olduğu bilinir. Pathankot Polis Şefi Surendra Lamba bölgəyə xilasetmə dəstələri və əsgərlərin cəlb olunduğunu bildirdi. İtkin düşmüş şəxslərin axtarış-xilasetmə işləri və qəzanın səbəbi araştırılır.

 



Әlaqәli Xәbәrlәr