Səudiyyə Ərəbistanı turist qəbul etməyə başlayır
Səudiyyə Ərəbistanı yeni tip koronavirus (Kovid-19) əliyhinə mübarizə çərçivəsində təxminən il yarımdan sonra, avqust ayından etibarən turist vizası olanlara ölkəyə giriş icazə verəcək.
TRT-nin Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPA-ya istinad etdiyi xəbərinə görə, Səudiyyə Ərəbistanı Turizm Nazirliyi, 2021 -ci ilin avqust ayından etibarən krallığın qapılarını turistlərə açmaq qərarına gəlib. Nazirliyin qərarına görə turist vizası sahibləri Kovid-19 əleyhinə peyvənd olduqlarını göstərən sertifikat və ya PCR testlərinin mənfi olduğuna dair sənəd göstərmələri halında ölkəyə daxil ola biləcəklər.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı, 2019-cu ilin sentyabr ayında Kovid-19 tədbirləri çərçivəsində turist vizası sahiblərinin ölkəyə girişini dayandırdı.
Әlaqәli Xәbәrlәr
Rusiyada 22-27 aprel tarixlərində altıgünlük iş həftəsi tətbiq edilir
Rusiyada 22-27 aprel və 9-12 may tarixlərində iş və qeyri-iş günləri
“Bu, ABŞ-ın imicinə düzəlməz zərər vuracaq”, D.Peskov
Rusiyanın xəbər agentliyi TASS-a açıqlama verən D.Peskov deyib ...