"Peleşats daha ayrılıq deyil, birləşdirici funksiya daşıyacaq", A.Plenkoviç

Bosniya Herseqovinanın dənizə sahili olan tək şəhəri və Xorvatiyanın cənub və şimal torpaqları arasında mane olaraq görünən Neum sahillərində tikilən Peleşats körpüsü Xorvatiya üçün tarixi və strateji əhəmiyyət daşıyır

1682244
"Peleşats daha ayrılıq deyil, birləşdirici funksiya daşıyacaq", A.Plenkoviç

 

  Xorvatiyanın Bosniya Herseqovina tərəfindən ikiyə bölünən şimal və cənub torpaqları mübahisəli Peleşats (Peljesac) körpüsünün son parçasının əlavə olunmasıyla bir-birinə bağlandı.

  Körpünün polad konstruksiyasının son mərhələsinin tamamlanması münasibətilə təşkil edilən mərasimdə Xorvatiyanın baş naziri Andrey Plenkoviç (Andrej Plenkovic) ilə dənizçilik, nəqliyyat və şəhərsalma naziri Oleq Butkoviç (Oleg Butkovic) iştirak edib.

  Mərasimdə etdiyi çıxışında A.Plenkoviç deyib: “Peleşats körpüsü daha ayrılıq deyil, birləşdirici funksiya daşıyacaq. Körpü həm bizdə, həm Bosniya Herseqovinada eyni duyğuları oyandırmalıdır. Bu gün Xorvatiya xalqı üçün böyük bir gündür."    

  Peleşats körpüsü Xorvatiyanın ən mühüm infrastruktur layihəsidir. 1699-cu ildə imzalanan Karloviç Müqaviləsi ilə Dalmaçya sahillərindəki Neum və Sutorina şəhərlərini Osmanlı hakimiyyətinə verməyə məcbur olan Xorvatiya 300 il sonra ilk dəfə yenidən bu yeri bütövlükdə qazanır.”

  Qeyd edək ki, Adriatik sahillərinin əhəmiyyətli hissəsində yerləşən Xorvatiyanın Komarna ilə Briesta (Brijesta) arasında tikdiyi 55 metr yüksəkliyində və 2,4 kilometr uzunluğundakı körpü 2022-ci ilin iyun ayında ümumi nəqliyyata açılacaq.

  Bosniya Herseqovinanın dənizə sahili olan tək şəhəri və Xorvatiyanın cənub və şimal torpaqları arasında mane olaraq görünən Neum sahillərində tikilən Peleşats körpüsü Xorvatiya üçün tarixi və strateji əhəmiyyət daşıyır. Bosniya Herseqovina ilə Xorvatiya arasındakı bu körpü Xorvatiyanın təktərəfli addımlarıyla tikilir.

  Avropa İttifaqına (Aİ) 2013-cü ildə tamhüquqlu üzv olan Xorvatiyanın torpaq bütövlüyü baxımından əhəmiyyətli olan körpüsünün ən böyük maliyyəçisi Avropadır. Aİ Komissiyası körpü layihəsinin 85 faizi olan 357 milyon avroluq qismini ödəmə qərarı alıb. Layihənin ümumi xərci təxminən 420 milyon avrodur.



Әlaqәli Xәbәrlәr