ABŞ-ın rəhbərlik etdiyi anti-DEAŞ koalisiyasından Peşmərgələrə hərbi yardım

ABŞ-ın rəhbərlik etdiyi anti-DEAŞ koalisiyası, bir həftə ərzində ikinci dəfə İraq Kürd Regional Hökumətinin peşmərgə qüvvələrinə dəstək məqsədi ilə hərbi texnika verib.

1682035
ABŞ-ın rəhbərlik etdiyi anti-DEAŞ koalisiyasından Peşmərgələrə hərbi yardım

Koalisiya qüvvələri, Hummer tipli zirehli texnikalar və təcili yardım maşınları da daxil olmaqla 59 hərbi maşını Ərbildə təşkil edilən mərasim zamanı Peşmərgə Nazirliyinə təhvil verib.

Koalisiya qüvvələri 26 İyulda da Peşmərgə Nazirliyinə 70 -ə yaxın hərbi texnika verib. Mərasimdə nümayiş olunan texnikalar arasında Humvee tipli zirehli maşınlar, tankerlər və hərbi yük maşınları yer tutur. Sözügedən yardımın İraq Baş naziri Mustafa əl-Kazeminin “ Terror təşkilatı DEAŞ” əleyhinə mübarizədədaha ABŞ əsgərlərinin İraqda olmasına zərurət qalmadı” şəklindəki açıqlamasından sonra çatdırılması diqqət çəkir.



Әlaqәli Xәbәrlәr