Taliban nümayəndə heyəti Çində səfərdə olub

Taliban-ın Qətər Siyasi Bürosunun rəhbəri Molla Əbdül Qani Braderin rəhbərlik etdiyi nümayəndə heyəti Çinə səfər edib.

1681622
Taliban nümayəndə heyəti Çində səfərdə olub

TRT-nin “Sinhua” agentliyinə istinad etdiyi xəbərə görə, Taliban heyət Çinə səfəri çərçivəsində Xarici işlər naziri Vang Yi-nin qəbulunda olub. Tianjin şəhərində baş tutan görüşdə Xarici işlər naziri Vang, ən böyük qonşusu olan Çinin Əfqanıstanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə həmişə hörmətlə yanaşdığını və bu ölkənin daxili işlərinə qarışmamalı olduğunun idrakında olduğunu vurğulayıb. Vaşinqton rəhbərliyinin Əfqanıstan siyasətinin uğursuz olduğunu ifadə edən Vang Yi, ölkədəki bütün tərəflərin “Əfqanıstan əfqanlar tərəfindən idarə edilməli” prinsipi əsasında ən qısa zamanda sülhü bərpa etməli olduqlarına diqqət çəkib. Əfqanıstan Əfqan xalqına məxsusdur, Əfqanıstanın gələcəyi və taleyi Əfqan xalqının əlində olmalıdır deyib.

Taliban tərəfindən yayılan açıqlamada isə 9 nəfərlik heyətin Çinə reallaşdırdığı iki günlük səfər çərçivəsində bu ölkənin Çin Xarici işlər naziri ilə bir araya gələrək sülh prosesi və təhlükəsizlik mövzularını müzakirə etdiyi bildirilib. Qətərdəki Taliban Siyasi Bürosunun sözçüsü Məhəmməd Naim sosial media hesabında paylaşdığı açıqlamada isə Çində baş tutan danışıqlarda siyasət, iqtisadiyyat və hər iki ölkənin təhlükəsizliyi, Əfqanıstandakı mövcud vəziyyət və sülh prosesi kimi mövzuların müzakirə edildiyinə diqqət çəkib və Çin Xarici işlər naziri Vangın Taliban heyəti ilə çəkdirdiyi fotoşəkili sosial mediada paylaşıb.

Qeyd edək ki, Əfqanıstanda sülh prosesi qeyri -müəyyən olsa da, təhlükəsizlik qüvvələri ilə Taliban arasında şiddətli toqquşmalar davam edir.



Әlaqәli Xәbәrlәr