İordan çayının Qərb sahilində daha bir fələstinli öldürülüb

İsrail əsgərlərinin işğal altındakı İordan çayının qərb sahilində yerləşən Nablus şəhərinin Bayta qəsəbəsi  ərazisində həyata keçirdikləri hücum nəticəsində  bir fələstinli həyatını itirib.

1681462
İordan çayının Qərb sahilində daha bir fələstinli öldürülüb

Bu barədə Fələstin Səhiyyə Nazirliyindən məlumat yayılıb. Bildirilib ki, Beyta qəsəbəsi yaxınlığında İsrail əsgərləri tərəfindən açılan atəş nəticəsində ağır yaralanan 41 yaşlı Sadi Səlim adlı vətəndaş bütün tibbi müdaxilələlərə baxmayaraq xilas edilə bilməyib.

Beyta Bələdiyyə Başçısı Musa Hamayil də Fələstinli Səlimin işdən evə getdiyi  əsnada şəhid edildiyini, bunun cinayət olduğunu qeyd edib. Musa Hamayilin sözlərinə  görə  İsrail əsgərlərinin sözügedən Fələstinliyə niyə atəş açdıqlarına dair İsrail səlahiyyətlilərindən heç bir izahat verilməyib.

Digər tərəfdən, İsrail əsgərləri, işğal altındakı İordan çayının qərb sahilindəki Tubas şəhərinin Ağvar bölgəsində yəhudi məskunlaşanların su mənbəyini ələ keçirmək cəhdinə etiraz etmək istəyən Fələstinlilərə müdaxiləsi nəticəsində 13 nəfər yaralanıb.



Әlaqәli Xәbәrlәr